XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 00:06

Fransada kütləvi tədbirlər iyulun ortalarınadək qadağan olunub

Koronavirus pandemiyası səbəbindən dayandırılan Fransa Liqa1-in oyunları iyulun ortalarına qədər keçirilməyə bilər.

Yarış bərpa olunsa, qarşılaşmalar azarkeşsiz baş tutacaq.

Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində ölkədə iyulun ortalarınadək kütləvi tədbirlərin qadağan olduğunu bəyan edib. Bu isə o deməkdir ki, həmin müddətədək azarkeşlərin iştirakı ilə idman tədbiri keçirmək mümkün olmayacaq.

İnsanların kütləvi toplandığı yerlər də qapalı qalacaq. Lakin Makron bildirib ki, karantin tədbirləri mayın 11-dən yüngülləşdiriləcək. Həmin tarixdən sonra çempionatın bərpası mümkün olsa da, görüşlər yalnız boş tribunalar önündə keçirilməlidir. (Apasport.az)