XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2020 - 23:27

Avrokuboklar bir oyundan ibarət olacaq – KİV

Avropa Klubları Assosiasiyası (ECA) və UEFA cari mövsümün başa çatdırılmasına dair razılığa gəliblər.

“Cadena Ser”in verdiyi məlumata görə, bütün çempionatların oktyabrın sonlarına nəzərdə tutulan təxirə salınmış avrokubok oyunlarınadək təşkili planlaşdırılır. Qarşılaşmaların hamısı azarkeşsiz keçiriləcək. Komandalar hər mərhələdə iki yox, bir matça çıxacaqlar.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus çempionatı istisna olmaqla, bütün yarışlar dayandırılıb. Dünyada isə Burundi, Tacikistan, Nikaraqua və Tayvanda yarışlar keçirilir. (Report)