XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2016 - 11:38

“Balkan marşrutu” bağlanır,Şengen xilas edilir...

Turkish Prime Minister Ahmet Davutoglu (C) poses with European Union leaders during a EU-Turkey summit in Brussels, as the bloc is looking to Ankara to help it curb the influx of refugees and migrants flowing into Europe, March 7, 2016. REUTERS/Yves Herman

Martın 8-nə keçən gecə Avropa İttifaqının 28 ölkəsinin liderləri və Türkiyənin Baş naziri Əhməd Davudoğlu miqrasiya ilə bağlı sazişin 6 prinsipinə dair razılığa gəliblər.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, əldə olunmuş razılaşma Avropa İttifaqına Yaxın və Orta Şərqdən “Balkan marşrutu” ilə qanunsuz miqrasiyaya son qoyacaq və ittifaq daxilində Şengen sazişinin fəaliyyətini bərpa etməyə imkan yaradacaq.

Sazişə əsasən, Aİ ölkələrindəki qeyri-leqal miqrantlar Türkiyəyə qaytarılacaq və onların hər birinin əvəzinə Avropa İttifaqına leqal suriyalı miqrant göndəriləcək. Eyni zamanda, Türkiyə onun ərazisindən Aİ-yə keçən bütün yeni qeyri-leqal miqrantları geri alacaq. Bunun əvəzində, Türkiyə ilə viza rejiminin liberallaşdırılmasına və onun Aİ-yə qəbul edilməsinə dair danışıqlar sürətləndiriləcək, habelə vəd olunmuş 3 milyard avronun ayrılması tezləşdiriləcək.