“Aprelin 14-nə olan məlumata görə, respublikada koronavirusa 11 yeni yoluxma faktı qeydə alınıb”.
Bunu Qırğız Respublikasının Operativ Qərargahı açıqlayıb.
Beləliklə, ölkədə qeydə alınan koronavirus hallarıın sayı 430-a çatıb. Bunlardan 5 nəfər ölüb, 71 nəfər sağalıb, 11 nəfərin isə vəziyyəti ağırdır. İlkin məlumata görə, yoluxmuş şəxslər ümumilikdə 7 000-dən çox insanla təmasda olublar.
Qeyd edək ki, ölkədə martın 22-dən fövqəladə vəziyyət elan edilib./Report