XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

16 May 2015 - 20:50

Yunanıstan maksimum qənaət rejiminə keçdi

Rəsmi Afina xarici ölkələrdəki səfirliklərinə məktub yazaraq diplomatik fəaliyyət üçün ayrılan vəsaitdən maksimum səviyyədə qənaət etmələrini və dəftərxana xərclərindən artıq qalan pulu dərhal ölkəyə göndərmələrini istəyib. Verilən məlumata görə, sözü gedən hadisə ölkə tarixində bir ilkdir.

Ağır iqtisadi böhran keçirən ölkənin bu qərarı onun diplomatik fəaliyyətinə ciddi zərbə vursa da, iqtidar bu addımı atmağa məhkumdur. Nədən ki, böhran nəticəsində artıq təqaüdçü və məmurlar, aylardır, maaş almırlar.

Bundan əvvəl isə hökumət dövlət idarələrinə eyni tapşırığı vermiş və bu tədbir əhali tərəfindən ciddi narahatlıqla qarşılanmışdı.

Strateq.az