Son 24 saat ərzində İranda daha 98 nəfər koronavirusdan ölüb.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 1617 nəfərdə koronavirus aşkarlanıb: “Bununla da virus daşıyıcılarının sayı 74877 nəfərə, ölənlərin sayı isə 4683 nəfərə çatıb”.