XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 14:46

“Rusiyada koronavirus pik həddə hələ çatmayıb” – Putin

“Rusiyada koronavirus infeksiyasının yayılması pik həddə hələ çatmayıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin Ali Şurasının onlayn formatda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hakimiyyət ölkədə sanitar-epidemioloji vəziyyəti diqqətlə izləyir: “Ekspertlərin qiymətləndirmələrinə görə, Rusiyada yoluxmanın pik həddi hələ keçilməyib. Biz sanitar-epidemioloji vəziyyəti diqqətlə izləyirik, infeksiyanın yayılmaması üçün lazımi profilaktik və digər tədbirləri həyata keçiririk”.

Rusiya Prezidenti qeyd edib ki, lazım gələcəyi təqdirdə Müdafiə Nazirliyinin hospitalları koronavirusa yoluxmuş xəstələr üçün fəaliyyət göstərəcək: “Müdafiə Nazirliyinin xətti ilə 16 ixtisaslaşdırılmış hospitalın tikintisi gedir. Yaxın vaxtlarda bu hospitallar təhvil veriləcək. Əlbəttə ki, bu hospitallardan təkcə hərbi xidmətçilər deyil, lazım olduğu təqdirdə mülki əhali də istifadə edə biləcək”. (apa)