XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 19:05

Kitab mağazaları, uşaq geyimləri və… –İtaliyada koronavirusa görə fəaliyyəti məhdudlaşdırılan bəzi mağazalar açıldı

İtaliyada koronavirusla əlaqədar fəaliyyəti məhdudlaşdırılan bəzi mağazalar açılıb.

“Associated Press”in verdiyi xəbərə görə, bəzi vilayətlərdə kitab mağazaları, uşaq geyimləri və dəftərxana ləvazimatları satan mağazaların fəaliyyətinin bərpasına icazə verilib.

Lakin bu mağazalardan da supermarketlərdə tələb olunan eyni sosial uzaqlaşma və sanitar tədbirlərin davam etdirilməsi tələb olunur.

COVID-19-un ən çox təsirinə məruz qalan Lombardiya və Piemonte bölgələrində isə hələlik mağazalar açılmayıb. Paytaxt Roma və Latsio şəhərində isə mağazaların açılması həm işçilərin, həm də alıcıların sağlamlığının qorumaq üçün sanitariya tədbirlərinin həyata keçirməsi səbəbi ilə aprelin 20-dək təxirə salıb.

Veneto şəhərində də məhdudiyyətlərin tədricən aradan qaldırılacağı bildirilib, belə ki, şəhərdə bu mağazaların həftədə iki gün açıq olmasına icazə verilib.

Bəzi sahələrdə çalışan işçilərin də artıq bu gündən işə geri dönməsinə icazə verilib. Bunlar meşə təssərrüfatında çalışan işçilərdir. Hökumət mövsümlə əlaqədar havanın istiləşməsi nəticəsində meşə yanğınlarından ehtiyatlanaraq meşələrdəki quru ağacları təmizləmək üçün meşə işçilərinin işə çıxmasına icazə verib/APA.