XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 19:28

Tramp Nyu-York qubernatorunu “topa tutdu”:"O, hər şey üçün yalvarır..."

ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının qubernatoru Endryu Kuomonu tənqid edib.

Donald Tramp “Twitter”də bu barədə bildirib.

“Kuomo gündəlik, hətta hər saat zəng edir, hər şey üçün yalvarır, məsələn, yeni xəstəxanalar, çarpayılar, tənəffüs aparatları və s. hansı ki, bunların əksəriyyəti ştatın məsuliyyətindədir. Mən həm onun üçün, həm də hər kəs üçün bütün bunları təşkil etmişəm. Görünür, o, indi azadlıq istəyir! Bu, olmayacaq!”, – deyə Prezident Tramp qeyd edib.

Xatırladaq ki, Nyu-York ştatının qubernatoru Endryu Kuomo yeni növ koronavirusun yayıldığı vaxtda ABŞ Prezidenti Donald Trampın ştatda karantini aradan qaldırmaq və işləri bərpa etmək barədə heç bir əmrinə tabe olmayacağını bildirib/APA