XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 20:21

Qubernator:"Kvemo Kartli bölgəsində təcilli tibbi yardım briqadalarının işində problem yaranıb"

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsində təcilli tibbi yardım briqadalarının işində problem yaranıb.

Bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, buna səbəb Bolnisidə beş tibb işçisində koronavirusun təsdiqlənməsidir: “Onların arasında təcili tibbi yardım həkimi, tibb bacısı və sürücü də var. Hazırda çox sayda həkim özünütəcriddədir”.

Qubernatorun sözlərinə görə, Bolnisinin Savaneti kəndində üç nəfərdə də COVID-19 infeksiyası aşkarlanıb: “İlkin yoluxma mənbəyi hələ məlum deyil. Onların təmasda olduğu 280 şəxs artıq müəyyən olunub”/Report.