Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 657-ə çatıb.
Bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 29 min 18 nəfər müayinə olunub.
Son sutka ərzində COVID-19 virusuna görə 242 nəfərdən götürülən analizin ikisinin nəticəsi müsbət çıxıb.
Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 5 ölüm faktı qeydə alınıb(azərtac).