XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 23:49

Nyu-Yorkda koronavirus:ölənlərin sayı 11 minə çatır

ABŞ-ın Nyu-York ştatında COVID-19 virusundan ölənlərin sayı 778 nəfər artaraq 10 843 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı ştatın qubernator Andrü Kuomo məlumat verib.

O, aprelin 6-dan etibarən gündəlik ölənlərin sayının 671-783 arasında dəyişdiyini söyləyib.

Bununla belə dünəndən xəstəxanalara yerləşdirilənlərin sayının 1 957 nəfərdən 1 649 nəfərədək azaldığı diqqətə çatdırılıb.