Türkiyədə daha 107 nəfər virusdan ölüb.
Strateq.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 403 nəfərə çatıb: “Bu gün 33 070 test keçirilib, 4062 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 65 111 nəfərdir. Bu gün daha 842 pasiyent sağaldı, ümumi say 4 799 nəfərdir”.