XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Aprel 2020 - 21:52

“Əminəm ki, filyasyon üsulu ilə Türkiyə koronavirus pandemiyasından ən az itki ilə qurtulacaq”- Fəxrəddin Qoca

“Türkiyədə xəstəliyin 4-cü həftədə yoluxma sayı enişə doğru getdi. Buna necə nail olduq? Filyasyonla. Filyasyon xəstəliyə yoluxanın ünsiyyətdə olduğu şəxsləri də araşdırıb, onları da nəzarətdə saxlamaq prosedurudur. Dünyada filyasyon üsulu ilə ən sıx çalışan Türkiyədir. Əminəm ki, filyasyon üsulu ilə Türkiyə koronavirus pandemiyasından ən az itki ilə qurtulacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonrakı mətbuat konfransında açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir deyib ki, 3 mütəxəssisdən ibarət olmaqla filyasyon heyətilə koronavirus infeksiyasına yoluxanların ünsiyyətdə olduğu şəbəkə nəzarətdə saxlanılır: “İstanbulda 1200, ümumilikdə Türkiyədə isə 4600 filyasyon heyət var. Əhalimiz əmin olsun 1 milyon 100 mindən çox mütəxəssis heyətimiz insanlarımızın sağlamlığının keşiyindədir”.

Nazir bildirib ki, Türkiyənin havaları isti olan regionlarında malyariya xəstəliyi geniş yayıldığı üçün malyariya xəstəliyinin müalicəsində tətbiq edilən kifayət qədər preparat ehtiyatı var ki, koronavirus infeksiyasına yoluxan xəstələrin müalicəsində də çox istifadə olunub: “Dünyada klororkin dərmanından bu pandemiya ilə mübarizədə ən çox istifadə edən Türkiyədir”.