XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 13:21

Danimarka karantindən sonra məktəbləri açan ilk Avropa ölkəsi oldu

Danimarka martın 12-də koronavirus pandemiyası səbəbi ilə məhdudiyyətlər tətbiq edildikdən sonra çərşənbə günündən etibarən məktəblər və uşaq bağçalarını açan ilk Avropa ölkəsi olub.

“Report” TASS-a istinadən xəbər verir ki, məktəblər yalnız 0-5-ci sinif şagirdləri üçün açılıb.

Bununla belə, bütün təhsil müəssisələri aprelin 15-dən işə başlamağa hazır olmayıb. Paytaxt Kopenhagendə müəssisələrin yalnız 35%-i fəaliyyətə başlayıb, ölkə üzrə isə dərslər 98 kommunanın yalnız yarısında başlayıb. Qalanları tətbiq olunmağa davam edən sanitariya standartlarına uyğunlaşmaq üçün əlavə vaxt istəyib. O cümlədən məktəblər sinif otaqlarında partlalar arasında iki metr məsafəni təmin etməli və kiçik qruplarda uşaqların asudə vaxtlarını təşkil etməlidirlər. Daha əvvəl uşaqların xəstəliyin ən kiçik əlamətində belə dərhal evə göndəriləcəyi qeyd edilmişdi.

Bütün məktəb və uşaq bağçalarının aprelin 20-də açılacağı gözlənilir.

Amma hökumətin bu qərarı çox sayda valideyn tərəfindən narazılıqla qarşılanıb. Çərşənbə axşamı “Mənim uşağım laboratoriya dovşan deyil” adlı petisiya təxminən 18 min imza toplayıb. Kopenhagendəki məktəblərdən birinin direktorunun sözlərinə görə, bəzi valideynlər Danimarkada təhsilin məcburi olmasına baxmayaraq, övladlarını dərsə buraxmaq fikrində deyillər.

Qeyd edək ki, Danimarkada 6 496 koronavirusa yoluxma halı qeydə alınıb. 299 nəfər isə virusun qurbanı olub.