XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 15:31

Avropa İttifaqı:"ABŞ-ın ÜST-ün maliyyələşdirilməsini dayandırmasına heç bir səbəb yoxdur"

“ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini dayandırmaq qərarından dərin təəssüf hissi keçirirəm”.

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter”də bildirib.

“Koronavirus pandemiyasını nəzarətə almaq və azaltmağa kömək etmək üçün göstərilən səylərə həmişəkindən daha çox ehtiyac olduğu bir zamanda bu hərəkəti əsaslandıran, ona haqq qazandıran heç bir səbəb yoxdur. Yalnız gücləri birləşdirərək biz heç bir sərhəd tanımayan bu böhranı aradan qaldıra bilərik”, – deyə o, qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ə maliyyə yardımının dayandırılacağını deyib/APA.