XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

17 May 2015 - 04:28

“Amnesty İnternational” Mursiyə azadlıq tələb etdi

“Amnesty İnternational” Mursiyə azadlıq tələb etdi

Beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Amnesty İnternational” Misirin devrilmiş prezidenti Məhəmməd Musri haqda məhkəmənin ilkin ölüm hökmü çıxarmasına neqativ reaksiya verib. Musavat.com xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təşkilat prosesi saxta adlandırıb və Mursinin ya azadlığa buraxılmasını, ya da yeni ədalətli məhkəmə keçirilməsini tələb edib.

“Məhəmməd Mursi haqda həddən ziyadə ədalətsiz məhkəmə prosesindən sonra çıxarılan hökm insan haqlarına tam etinasızlıqdır” – deyib qurumun direktor müavini Said Bumeduxa.
“Onun maraqlarını məhkəmədə müdafiə edəcək vəkilinin olmaması özü-özlüyündə boş və əsassız prosedurlara əsaslanan bu məhkəmələrin saxta olduğunu nümayiş etdirir” – əlavə edib hüquq müdafiəçisi.