XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 16:14

Son 2 gündə İranda koronavirusdan ölənlərin sayında azalma müşahidə edilib- Açıqlama

Son 2 gündə İranda koronovirusdan ölənlərin sayında azalma müşahidə edilib.

Azərtac xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. Onun sözlərinə görə dünən həyatını itirənlərin sayı 98 bu gün isə 94 olub.

Ümumilikdə isə İranda virusdan ölənlərin sayı 4 min 777, yoluxanların sayı isə 76 min 389 nəfərə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 49 min 933 nəfər isə sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, xəstəxanalara müraciət edənlərin sayı azalıb. İranda koronavirusun yayıldığı 31 vilayətindən 16-da yoluxma və ölüm halları azalıb. Bu onu deməyə əsas verir ki, İran pik nöqtəni artıq keçib.

Buna baxmayaraq İranda koronavirusla mübarizə tədbirləri davam edir. Ölkənin Elborz vilayətində gündəlik 3 milyon tibbi maska istehsal gücünə malik fabrik istismara verilib.

İranın parlament sədrinin müşaviri Əbdülrza Mesrin jurnalistlərə bildirib ki, koronavirusa yoluxaraq müalicə alan parlament sədri Əli Laricanı sağalıb və parlamentin qarşıdakı iclasında iştirak edəcək.