XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 16:54

Sonuncu həkimlər qrupu Hubey əyalətini tərk edib

Regionda epidemioloji vəziyyətin yaxşılaşması fonunda Pekin Tibb Kollecinin (Peking Union Medical College) tibb işçiləri qrupu Hubey əyalətindən geri çağırılıb.

Azərtac Sinxua agentliyinə istinadla xəbər verir ki, Pekin qrupunun 179 tibb işçisi aprelin 15-də ilk dəfə koronavirus epidemiyasının başladığı regionu tərk edib. Altı həkim isə ağır xəstələrin müalicəsi üçün müvəqqəti olaraq əyalətin administrativ mərkəzi Uxan şəhərində qalıb.

Paytaxtın tibb müəssisəsinin mütəxəssisləri ağır vəziyyətdə olan 109 xəstənin müalicə olunmasına kömək edib.

Ötən sutka ərzində epidemiyanın episentri olan Hubey əyalətində yeni yoluxma halı qeydə alınmasa da xəstələrdən biri vəfat edib. Regionda COVID-19 xəstəliyinə yoluxanların ümumi sayı 67 min 803 nəfər (onlardan 50 min 8 nəfəri Uxan şəhərində) təşkil edib, 3 min 222 nəfər həyatını itirib, 64 min 402 nəfər isə sağalıb. Epidemiya fonunda bütün ölkədən ümumilikdə 42 min tibb işçisi regiona ezam olunub.

Qeyd edək ki, 2019-cu ilin sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və qısa müddətdə demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronovirusun yayılmasını pandemiya elan edib.