XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 17:03

İraq hakimiyyəti “Reuters”i cəzalandırdı- Açıqlama

İraq hakimiyyəti “Reuters” agentliyinin ölkədəki fəaliyyətini üç ay müddətinə dayandırıb.

“Report” “Euronews”a istinadən xəbər verir ki, bu barədə İraqın Media və Rabitə Təşkilatı açıqlama yayıb.

Bildirilib ki, “Reuters” “Ölkədə minlərlə insan koronavirusa yoluxub” başlığı altında xəbər verib. Bununla da agentliyin ictimai təhlükəsizliyi riskə atdığı iddia edilib.

Məlumatda həmçinin vurğulanıb ki, “Reuters” bu xəbərinə görə İraq xalqından üzr istəməli və 21 min ABŞ dolları məbləğində cərimə ödəməlidir.

Qeyd edək ki, İraqda bu günədək 1 400 nəfər koronavirusa yoluxub, onlardan 78-i ölüb, 766-sı sağalıb.