XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 18:44

İsrailin general Həftərlə gizli əlaqəsi –Yeni iddia

İsrail Liviyadakı vətəndaş müharibəsinə hərbi müdaxilə edir.

Strateq.az “Middle East Eye”-a istinadla xəbər verir ki, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İsraildən ibarət olan “ox” “Liviya Milli Ordusu”na (LMO) hərbi sursat, kəşfiyyat məlumatı və təlimlə kömək edir.

Qeyd edək ki, bundan əvvəl “əl-Ərəbi” televiziyası BƏƏ-nin bir İsrail firmasının istehsal etdiyi hava hücumundan müdafiə sistemlərinin Misir vasitəsi ilə 67 yaşlı generala çatdırdığı barədə məlumat yayıb.

“Middle East Eye”-ın məlumatına görə, bu sistemlər əsasən türk dronlarına qarşı yönəlib.

İsrailin məxfi xidmət qurumu olan “Mossad”ın general Həftərlə gizli əlaqələri Misir prezidenti Sisi və kəşfiyyat rəhbəri Abbas Kamil vasitəsui ilə koordinasiya olunur.

Hələ 2017-2019-cu illərdə “Mossad” elçiləri Qahirədə general Həftərlə bir neçə dəfə görüşüblər. “Mossad” sayəsində LMO zabitlərinin döyüş taktikası, kəşfiyyat məlumatı toplanması və s. sahədə təlimlər verilib.

Bundan əlavə, “Mossad” LMO-ya gecə görmə cihazları və snayper tüfənglərini almağa kömək edib.