XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 19:54

IMF Afrikanın 32 kasıb ölkəsinə 11 milyard ABŞ dolları ayırır

Beynəlxalq Valyuta Fondu (IMF) koronavirus pandemiyası ilə əlaqədar Afrikanın Sahara səhrasından cənubda yerləşən 32 kasıb ölkəyə 11 milyard ABŞ dolları yardım ayıracaq.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü “Bloomberg” agentliyi IMF-in Afrika departamentinin direktoru Abebe Aemro Selassieyə istinadən məlumat verib.

Direktor qeyd edib ki, IMF Dünya Bankı (DB) ilə birlikdə kasıb Afrika ölkələrinin borc yükünün dövlətlərarası ikitərəfli kredit xətləri üzrə asanlaşdırılmasını tələb edir.

Cari yardım IMF və tərəfdarları, o cümlədən Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Afrika İnkişaf Bankı və Afrika Birliyi tərəfindən Afrikanın ən kasıb ölkələrinin iqtisadiyyatlarına dəstək olmaq üçün təmin edilir. Vəsait həmçinin ev təsərrüfatlarına kömək etmək üçün də xərclənəcək.

IMF artıq Çad, Qana, Qabon, Madaqaskar, Niger, Ruanda, Seneqal, Toqo və Burkina-Fasoya maliyyə yardımı edib.