XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 21:24

İspaniyada koronavirus:ölənlərin sayı 18 mini ötdü

İspaniyada ötən sutka ərzində 5092 nəfər yeni növ koronavirusa yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumi statistikada virusa yoluxanların sayı 177,6 min nəfərə çatıb. Son 24 saat ərzində 523 nəfər virusun qurbanı olub. Bununla da virusdan ölənlərin sayı 18 min 579 nəfərə çatıb. Təxminən 70 min insan xəstəlikdən sağalıb.

Qeyd edək ki, İspaniya hazırda ölənlərin sayına görə dünyada ABŞ və İtaliyadan sonra üçüncü yerdədir.