XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 22:05

Koronavirusdan sağalanların sayı yarım milyonu ötdü

Dünyada koronavirusdan sağalanların sayı 503 386 nəfərə çatıb.

Ən çox sağalma Çin (77 816), Almaniya (72 600) və İspaniyada (70 853) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 130 000-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 2 035 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. (report)