XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 23:10

Fatih Terim koronavirusdan tamamilə sağaldı

Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimin koronavirusla bağlı verdiyi sonuncu analizin nəticəsi də mənfi çıxıb.

“Report”un “NTV Spor”a istinadən məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis özü məlumat verib.

Baş məşqçinin sözlərinə görə, testdən sonra onda infeksiyanın simptomları aşkar olunmayıb.

F.Terim bildirib ki, virusun plazmafarez metodu ilə müalicəsi üçün donor olmağa hazırdır: “Dəyərli həkimlərimiz kriteriyalara uyğun olduğumu desələr, qan verməyə hazıram. Bu yolla bir neçə insanın həyatını qurtararam. Bu isə məni xoşbəxt edər”.

Təcrübəli mütəxəssis insanları virusa qeyri-ciddi yanaşmamağa çağırıb: “Bəlkə də, bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Canımızdan başqa, hər şeyin yerini doldurmaq mümkündür. Ona görə də özünüzə, sevdiklərinə yaxşı baxın. “Mənə heç nə olmaz” deməyin. Bütün xəbərdarlıqları ciddiyə alın”.

Qeyd edək ki, daha əvvəl “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak və klub rəsmisi Yusuf Günay koronavirusa qalib gəlib.