XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 23:28

Çində koronavirusa yoluxan əcnəbilər müalicə xərclərini özləri ödəyəcək

Çində koronavirus infeksiyasına yoluxan xarici ölkə vətəndaşları dövlət sığortası olmadığı təqdirdə müalicə xərclərini özləri ödəməlidir.

Azərtac xarici yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çinin dörd profil nazirliyinin birgə bəyanatında deyilir.

“Koronavirus infeksiyasına yoluxması təsdiqlənən və dövlətin baza sığortası proqramına daxil olmayan xarici ölkə vətəndaşları müalicə xərclərini özləri ödəməlidir”, – deyə Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi, Xarici İşlər və Maliyyə nazirlikləri və Tibbi Sığorta Məsələləri üzrə Dövlət İdarəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, xəstəliyə yoluxan əcnəbilər əvvəlcə müalicə olunmalı, sonra isə onlara müalicə xərclərinin hesabı təqdim edilməlidir. Kommersiya sığortasının mövcudluğu halında isə müalicə sığorta kompaniyasının şərtlərinə müvafiq ödənilməlidir. Həmçinin mərkəzləşdirilmiş karantin rejimi dövründə qaldıqları mehmanxananın xərci də xarici vətəndaşların üzərinə qoyulur.

Çinin Tibbi Təminat İdarəsinin tibbi xidmətlərin idarəsi məsələləri üzrə departamentinin rəhbəri Cyun Syanszyunun sözlərinə görə, ölkədə COVID-19 xəstəliyinə tutulan bir pasiyentin müalicəsi orta hesabla 21,5 min yuana (3 min dollardan çox), ağır koronavirus xəstəsinin müalicəsi 150 min yuana (21,3 min dollardan çox), bəzi hallarda bir neçə yüz min və hətta bir milyon yuana başa gəlir.