XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 10:22

ABŞ-dan Rusiyaya ittiham:"Peyk əleyhinə silahı sınaqdan keçiriblər"

ABŞ Kosmik Komandanlığı hesab edir ki, Rusiya kosmik məkanda istifadə olunan peyklərə qarşı yönəlmiş silahı sınaqdan keçirib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə komandanlığın mətbuat xidmətindən bildirilib.

“ABŞ Kosmik Komandanlığı Rusiyanın 15 apreldə həyata keçirdiyi sınaqlardan xəbərdardır və vəziyyəti izləyir”-deyə, məlumatda vurğulanıb.

Qeyd olunub ki, Rusiya tərəfindən sınaqdan keçirilmiş silah aşağı Yer orbitindəki peykləri də məhv etməyə qadirdir.