XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Aprel 2020 - 13:01

Stoltenberq:"Pandemiya böhranı beynəlxalq ictimaiyyət üçün geosiyasi şok olacaq"

Koronavirus pandemiyası ilə bağlı böhran bütün beynəlxalq ictimaiyyət üçün geosiyasi şok olacaq.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirlərinin videokonfrans formatında keçirilən iclasının yükunları üzrə Brüsseldə mətbuat konfransı zamanı deyib.

Y.Stoltenberq bildirib: “Biz böhranın səhiyyə sahəsində uzunmüddətli təsirlərinə baxdıq. Geosiyasi təsirlər əhəmiyyətli ola bilər, böhran bütün beynəlxalq ictimaiyyət üçün geosiyasi şok olacaq”.

Onun sözlərinə görə, böhran ölkələrin əhalisinə və iqtisadiyyatına dərin təsir göstərir: “Pandemiya hamını səhiyyə böhranı qarşısında zəif olduğunu xatırlatdı”.