XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 16:24

Belçikada komendant saatının müddəti uzadıldı –Bu tarixədək

Belçikada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan komendant saatı rejiminin müddəti mayın 3-dək uzadılıb.

Bu barədə qərar aprelin 16-da Belçika hökuməti ilə Milli Təhlükəsizlik Şurasının birlikdə keçirilən iclasında qəbul olunub.

Belçikanın baş naziri Sofi Uilmes komendant saatının müddətinin uzadıldığını bildirərək festival və hər cür tədbirlərin avqustun 31-dək təxirə salındığını vurğulayıb.

O, qarşıdan gələn həftələrdə vəziyyətə görə dəyişikliklərin ola biləcəyini də istisna etməyib.

Baş nazirin sözlərinə görə, tikinti materialları, bağçalar üçün avadanlıqlar və ev heyvanları üçün tələb olunan mallar satan iş yerlərinin bir qismi aprelin 20-dən açılacaq. Belçikada market, aptek, sifarişlə işləyən restoranlar isə açıqdır/Report.