XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 09:32

Almaniyada koronavirusdan ölənlərin sayı 4 minə çatır –Robert Kox İnstitutu

Almaniyada ötən sutkada daha 3 380 nəfərə koronavirus diaqnozu qoyulub. 

Bunu Robert Kox İnstitutu açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusa yoluxma faktlarının sayı 133 830-a çatıb.

Məlumata görə, eyni dövr ərzində ölənlərin sayı 299 nəfərə artaraq 3 868-ə yüksəlib.

İndiyədək 81 800 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. (report)