XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 10:23

“Boeing” fəaliyyətini bərpa edir

ABŞ-ın ötən ay istehsalını dayandırmış “Boeing” korporasiyası gələn həftədən fəaliyyətini bərpa edəcək. 

“Bloomberg” agentliyi xəbər verir ki, şirkət ölkənin Vaşinqton ştatının Sietl şəhərindəki “Puget Sound” fabrikində yenidən bütün növ ticari təyyarələrin istehsalına başlayacaq.

“Boeing”in “747”, “767”, “777” və “787” modellərinin istehsal edildiyi həmin fabrikdə təqribən 27 min insan işləyir. Korporasiya burada həmçinin “737 MAX” təyyarələrinin istehsalını bərpa etmək istəyir.

“Boeing”dən o da bildirilib ki, “Puget Sound”dakı fabrik gələn həftə açılsa da, Cənubi Karolinadakı müəsssisələr hələ bir müddət bağlı qalacaq. Şirkətin bu açıqlamasından sonra beynəlxalq birjalarda onun səhmləri bahalaşıb. (report)