XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 11:25

Gürcüstanda koronavirus:yoluxanların sayı 370-ə çatıb

Gürcüstanda daha 22 nəfərdə koronavirusa yoluxma təsdiqlənib.

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 370-ə çatıb. Bildirilib ki, hazırda ölkə üzrə karantində 5079 nəfər saxlanılır, stasionar müalicədə isə  558 nəfər var. Virusa yoluxmuş şəxslərdən 77-sı sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib. (apa)