XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Aprel 2020 - 12:26

Ukraynada koronavirusdan ölənlərin sayı 125-ə çatdı –Səhiyyə Nazirliyi

Ukraynada daha 9 nəfər koronavirusun qurbanı olub.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı 125-ya yüksəlib.

Bundan başqa, Ukraynada qeydə alınan koronavirus hallarının sayı 501 nəfər artaraq 4 662-ə çatıb.

Virusa yoluxan 246 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 183 000-i ötüb. Bunların 552 823 nəfəri sağalıb, 146 881 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)