XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 13:17

Donald Tramp postkoronavirus dövründən danışdı –"Yarışların əksəriyyəti azarkeşsiz keçiriləcək"

“Əvvəlcə yarışların əksəriyyəti azarkeşsiz keçiriləcək. Buna görə də televiziya üçün hər şey ediləcək”.

“The Score” nəşri xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ölkədə mövsümün bərpa olunacağı dövrdən sonrakı fəaliyyət barədə danışarkən deyib.

Tramp azarkeşlərin stadionlara gələcəkdə qayıda biləcəklərini söyləyib: “Əvvəlcə onları iki oturacaqdan bir yerləşdirməyimiz lazım ola bilər. Sonra arenaları doldurmaq istəyirik. Virus getdikdən sonra belə olacaq, idman tədbirləri əvvəllər olduğu kimi baş tutacaq. Müəyyən bir dönəmdən sonra virus gəlməmişdən öncəki vəziyyətə qayıdacağıq”.

Qeyd edək ki, dünyadakı bir çox idman yarışı koronavirus pandemiyasına görə dayandırılıb və ya təxirə salınıb. ABŞ-da 678 210 nəfər virusa yoluxub. Dünyada bu xəstəlikdən ən çox ölüm hadisəsi də bu ölkədə baş verib – 34 641. (report)