İranın cənub-qərbindəki Dezful bölgəsində 89 yaşlı bir qadın koronavirusdan sağalıb və Çərşənbə günü xəstəxanadan buraxılıb.
Strateq.az “IRNA”-ya istinadla xəbər verir ki, həmin qadın Dezfulun Sərdəşt bölgəsindəki Sələnd qəsəbəsinin sakinidir.
Dezful hospitalının rəhbəri Əli Bəxtiyarinin sözlərinə görə, 89 yaşlı pasiyent martın 31-də öskürək, qızdırma və ürək bulanması ilə xəstəxanaya gətirilib.
Xəstədə koronavirus müəyyən olunduqdan sonra o, kəskin tənəffüs çatışmazlığı şöbəsinə yerləşdirilib.
Bəxtiyari deyib: “Bu xanım Allaha və tibb işçilərinin bel bağlama sayəsində yaxşılaşıb”
Bu arada, İranın səhiyyə Səid Nəməki İranda virusdan ölənlərin sayının gündəlik 2 xanalıya düşdüyünü bildirib.