XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 14:11

İraqlı millət vəkili: “Türk qüvvələrinə hərbi cavab verməyə hazırıq”

“İraq təhlükəsizlik qüvvələri istənilən təcavüzlə mübarizə aparmağa hazırdır”.

Strateq.az “əl-Sumariyyə”-yə istinadla xəbər verir ki, bunu Türkiyənin İraqın şimalına son hücumuna toxunaraq, İraq parlamentindəki “Bədr” fraksiyasının üzvü Udəy əl-Şağlan bildirib.

Əl-Şağlan deyib: “Türk qüvvələrinin açıq-aşkar təxribatını və İraq suverenliyinin kobud şəkildə pozmasını pisləyərək, biz, İraq xalqının nümayəndəsi olaraq, İraq hökumətini və Xarici İşlər Nazirliyini bütün qanuni tədbirləri görməyə çağırırıq”.

Udəy əl-Şağlan bu vəziyyətin davam edəcəyi təqdirdə, İraqın əks-cavab verəcəyini söyləyib. “Hər kəs bilməlidir ki, təhlükəsizlik güclərimiz Türkiyənin İraqdakı mövqeyinə zərbə vurmağa tam hazırdırlar və hər hansı bir təcavüzə qarşı çıxma qabiliyyətinə malikdirlər”.

Əl-Şağlan “İraqın suverenliyini pozanlara qarşı” etdiyi hərəkətlər barədə xarici işlər nazirini məlumatlandırmaq üçün parlament üzvlərinin imzaları ilə İraq Parlamentinin Xarici Əlaqələr Komitəsinə layihə təqdim edəcəklərini bildirib.

Xatırladaq ki, Çərşənbə günü türk kəşfiyyat təyyarəsi İraqın hava məkanına soxularaq Mahmur şəhərindəki (Ərbilin cənub-qərbində) PKK hədəflərinə zərbələr endirib.