XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 15:04

İranda koronavirus: bir gündə 89 nəfər ölüb

İranda son sutka ərzində 89 nəfər yeni növ koronavirusdan vəfat edib.

Bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

O bildirib ki, İranda koronavirusdan vəfat edənlərin sayı 4958 nəfərə çatıb.

İranda son sutka ərzində 1499 nəfər koronavirusa yoluxub, xəstəliyə yoluxanların ümumi sayı 79 494 nəfərdir.

İndiyədək virusa yoluxanların 54 064 nəfəri sağalıb.

Hazırda virus daşıyıcısı olan 3563 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)