XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 14:47

İranın “İnstaqram” ulduzu da COVID-19-a yoluxub –Vəkildən açıqlama

“Müştərim koronavirus diqanozu ilə Sina xəstəxanasına yerləşdirilib”.

Strateq.az “Khabaronline”-a istinadla xəbər verir ki, bunu özünü Hollivud ulduzu Ancelina Coliyə oxşatmaq üçün bir neçə plastik əvəliyyat keçirməsi ilə sosial şəbəkələrdə məşhurlaşmış Səhər Təbərin (Fatimə Xişvənd) vəkili Pəyam Derəfşan deyib.

“Koronavirus simptomlarının olmasına görə xanım Təbər qadın həbsxanasının karantin bölməsində olub. Oradan da, vəziyyəti pisləşdiyindən daha bir neçə məhbusla birlikdə, Sina xəstəxanasına aparılıb. Sina xəstəxanasında müvəkkilim və digər məhkumlar koronavirusla bağlı test müayinəsindən keçiblər. Həkimlər müştərimin COVID-19 testinin müsbət olduğunu və hər iki ciyərinin də virusa yoluxduğunu müəyyən ediblər”.

Vəkil əlavə edib ki, İranda koronavirusun yayılmasından sonra məhkəmə başçısı çox sayda məhbusun sərbəst buraxılmasına dair əmrlər verib, lakin təəssüf ki, məhbusların xeyli hissəsi hələ də cəzaçəkmə yerlərində qalıblar.