XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 15:36

Çempionlar Liqasında 2020-21 mövsümünün start tarixi dəqiqləşib –UEFA

Çempionlar Liqasında (ÇL) 2020-21 mövsümünün qrup mərhələsinin başlama vaxtı müəyyənləşib.

İspaniya mətbuatı UEFA-nın gələn mövsümlə bağlı qərarını verdiyini iddia edib.

Məlumatda bildirilib ki, ÇL-in növbəti mövsümündə qrup mərhələsinin ilk oyunları 20-21 oktyabr tarixində keçiriləcək. Həmin ayın 22-də isə Avropa Liqasının qrupuna start veriləcək. Avrokubokların təsnifat mərhələləri isə iyulun sonundan sentyabra qədər keçiriləcək.

Qeyd edək ki, UEFA hazırda dayandırılan Çempionlar Liqasının final matçının avqustun 29-da, Avropa Liqasının həlledici görüşünün isə 26-da təşkilini planlaşdırır. (Apasport.az )