XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 15:47

Əfsanəvi futbolçu koronavirusdan öldü

İngiltərənin “Lids Yunayted” klubunun əfsanəvi futbolçusu Norman Hunter dünyasını dəyişib. 

BBC xəbər verir ki, 76 yaşlı keçmiş müdafiəçi xəstəxanada koronavirusdan vəfat edib.

Hunterin koronavirus testi aprelin 10-da müsbət nəticələnib və o, xəstəxanaya aparılıb.

Qeyd edək ki, Norman Hunter 1962 – 1976-cı illərdə “Lids Yunayted”in formasını geyinib. O, iki dəfə (1968/1969, 1973/1974) İngiltərə çempionatının qalibi olub.