XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 15:58

Sankt-Peterburqda 100-dən çox tibb işçisində koronavirus aşkarlanıb –Səhiyyə Komitəsi

Rusiyanın Sankt-Peterburq şəhərində 100-dən çox tibb işçisində koronavirus aşkarlanıb.

Bu barədə Peterburq Şəhər Səhiyyə Komitəsindən məlumat verilib.

Bildirilib ki, şəhərdə COVİD-19 virusuna yoluxan hər 15 nəfərdən biri tibb işçisidir.

Qeyd edək ki, son sutka ərzində Sankt-Peterburqda 1507 nəfər koronavirusa yoluxub. Peterburq koronavirusa yoluxma hallarına görə, Rusiya regionları arasında Moskva və Moskva ətrafından sonra üçüncü yerdə qərarlaşıb. İndiyə kimi şəhərdə virusdan ölənlərin sayı 7, sağalanların sayı isə 192 nəfərdir. (apa)