Niderlandda COVID-19 virusuna yoluxanların sayı 30000-i keçib.
Bu barədə ölkənin Milli Sağlamlıq İnstitutu məlumat yayıb.
Son sutka ərzində ölkədə 1235 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Niderlandda koronavirusa yoluxanların sayı 30449-a çatıb.
Son bir gün ərzində 144 nəfər koronavirusdan vəfat edib. Bu günədək ölənlərin ümumi sayı 3459-a yüksəlib. (apa)