XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 18:33

Narkobaronun qızı aztəminatlılara yardım paylayır –Aksiya

Meksikalı narkobaron Xoakin “El Çapo” Quzmanın qızı və bir neçə Meksika karteli pandemiya dövründə aztəminatlı ailələr üçün yardım kampaniyası keçirir.

Strateq.az “Facebook”-a istinadla xəbər verir ki, sosial şəbəkədə yayımlanan bir videoda Quzmanın qızı Alexandrinanın tualet kağızı və qida məhsullarından ibarətn qutular payladığı görünür.

Qutuların üzərində hazırda ABŞ həbsxanasında cəza çəkən keçmiş Sinaloa karteli başçısı olan atasının əksi və adı qeyd olunub.

Videoya şifahi şərhə əsasən, xeyriyyə kampaniyası “El Çapo 701” adlanır. Yağ, şəkər, düyü və digər məhsullardan ibarət yardım qutuları Meksikanın ikinci böyük şəhəri olan Qvadalaxarada paylanıb.

Kartellərin fəal üzvləri də aksiyanı sosial mediada şəkillər və videolarla təbliğ ediblər.

“El Çapo” 2009-cu ildə “Forbes”-in siyahısında olub. Narkobaronun varidatı 1 milyard dollara qiymətləndirilir.

Xoakin Quzman 2017-ci ildə Birləşmiş Ştatlara ekstradisiya olunub.