XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 18:40

Tramp ÜST-ü yenidən ittiham etdi:"Niyə virusun qlobal miqyasda yayıldığı yanvar və fevral aylarında..."

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ittiham edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti “Twitter”də bildirib.

“Niyə ÜST dekabrın sonlarında Tayvan səhiyyə rəsmiləri tərəfindən koronavirusun insanlar arasında ötürülə biləcəyi ehtimalı barədə göndərilən meyli görməməzliyə vurub? Niyə virusun qlobal miqyasda yayıldığı yanvar və fevral aylarında ÜST koronavirusla bağlı səhv və ya yanlış iddialar irəli sürdü? Niyə ÜST qətiyyətli hərəkət edənə qədər gözlədi?”, – deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti daha əvvəl bir neçə dəfə ÜST-ü tənqid edib və bildirib ki, onun ölkəsi ÜST-ə maliyyə dəstəyini dayandırır.