XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 22:16

İtaliyada koronavirus:yoluxanların sayı 172 mini keçdi

İtaliyada son sutkada daha 575 nəfər koronavirusun qurbanı olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 22 745-ə çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 3 493 nəfər artaraq 172 434-ə yüksəlib.

Eyni zamanda İtaliyada bu günədək 42 727 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 227 000-i ötüb. Bunların 563 674 nəfəri sağalıb, 150 601 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)