XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 11:30

“Bloomberg”:"Koronavirusa görə qəhvə çatışmazlığı yaranacaq"

Cənubi Amerikada koronavirus infeksiyası pandemiyası qəhvə qıtlığına səbəb ola bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, iş vaxtının azaldılması, bankların bağlanması, nəqliyyatla bağlı çətinliklər və işçilərin xəstələnmək qorxusu ilə əlaqədar qəhvə toplamaq üçün kifayət qədər adam tapmaq olmur. Bu, xüsusilə qlobal qəhvə paxlası istehsalının üçdə ikisini əhatə edən Kolumbiya, Braziliya və Peruya aiddir.

Məhsul yığımı gələn ay başlamalıdır, lakin işçilərin çoxu kiçik əmək haqqı qarşılığında yoluxma ehtimalının yüksək olması səbəbi ilə plantasiyaları tərk edir. Daha öncə istehsal həcmlərinin tələbatı ödəyə bilməyəcəyi proqnozlaşdırılırdı və keçən ilin ehtiyatlardan istifadə ediləcəyi gözlənilirdi. Ancaq dünyada qəhvəyə olan tələbatın artması, demək olar, bütün ehtiyatın tükənməsinə səbəb olub.

Bazarda qəhvə qiymətlərinin artacağı gözlənilir. Keçən ay qəhvə fyuçerslərinin qiyməti 16% artaraq 100 funtluq torba üçün 130 ABŞ dollarına yüksəlib.