XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 16:12

Rusiyada deputat koronavirusdan öldü

Rusiyanın Moskva vilayəti Dumasının hakim Vahid Rusiya Partiyasından deputatı İvan Jukov koronavirusun qurbanı olub.

Bunu Boqorodsk şəhər dairəsinin başçısı İqor Suxin “Vkontakte” sosial şəbəkəsində bildirib.

Məlumata görə, deputat 63 yaşında ölüb. O, 1997-ci ildən regional parlamentin üzvü olub.

Qeyd edək ki, rəsmi məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 36 793 nəfərdir. COVID-19 qurbanlarının sayı isə 300-ü ötüb. (report)