XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 17:00

Norveçdə məhbuslara cəzanı evdə çəkməyə icazə verilir- Koronavirusa görə

Norveç koronavirusa qarşı mübarizə tədbiri kimi məhbuslara cəzanı evdə çəkməyə icazə verir.

Azərtac Norveç KİV-nə istinadla xəbər verir ki, ölkənin islah xidmətinin məlumatında sıxlığın azaldılması və koronavirusun yayılmasına qarşı mübarizədə həbsxana orqanlarına kömək məqsədilə həbsxanalardan yüzə yaxın məhkumun buraxıldığı bildirilir. Cümə günü yayılmış press-relizə əsasən, artıq 94 məhbus xüsusi hərəkət monitorları ilə təchiz edildikdən sonra cəzalarını evdə çəkirlər.

Norveç islah xidmətinin direktoru Liza Sannerudun pres-relizində “Koronavirus epidemiyasının istər məhbuslar, istərsə də həbsxana personalı üçün ciddi problemlər yaratması” vurğulanır.

COVİD-19 virusuna qarşı mübarizə tədbirlər tədbirləri çərçivəsində Norveç hökuməti bu il martın 15-də həbsxanalara baş çəkilməyi qadağan edib. Həmin artıq 311-ə yaxın adam cəzasını evdə çəkirdi, lakin indi belə məhbusların sayı 405 nəfərə çatıb.

Norveçdə martın 24-də qəbul olunmuş koronavirus haqqında qanuna uyğun olaraq altı aydan az müddətə cəza çəkənlər, həmçinin cəzasının son altı ayını çəkən daha uzun müddətə məhkum olunmuş məhbuslar hərəkət izləmə monitorları alandan sonra cəzalarını ev şəraitində çəkmək hüququna malik ola bilərlər.