XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 18:55

Türkiyədə mexaniki süni tənəffüs cihazı istehsal edilib

Türkiyədə yerli mexaniki süni tənəffüs cihazı istehsal edilib.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) tərəfindən yerli və milli imkanlardan istifadə edilərək, “Səhra” adı verilən mexaniki süni tənəffüs aparatı istehsal edildiyini bildirib.

Yeni cihazın dizaynı və istehsalının tamamilə türkiyəli mütəxəssislərə aid olduğunu deyən nazir bunun bir prototip olduğunu, yaxın günlərdə təkmilləşdiriləcəyini qeyd edib. Nazir, həmçinin “Səhra”nın dünyadakı oxşar cihazlardan daha ucuz başa gəldiyini və məqsədin həftədə 500 ədəd mexaniki süni tənəffüs aparatı istehsal etmək olduğunu deyib.

Türkiyənin yeni növ koronavirusla durmadan mübarizə apardığını vurğulayan H.Akar ölkənin Milli Müdafiə Nazirliyinin də bu işdə üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirməyə çalışdığını vurğulayıb.

H.Akar nazirliyin imkanlarını inkişaf etdirərək qoruyucu tibbi ləvazimatların istehsalında əhəmiyyətli addımlar atdıqlarını da qeyd edib.

Bildirilib ki, hazırda ölkədə maska, xüsusi geyim və dezinfeksiya vasitələrinin istehsalı davam edir. Bundan əlavə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən, dost və müttəfiq ölkələrə COVID-19-la mübarizə istiqamətində yardımlar edilir.