XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 20:58

İtaliyada koronavirus:ölənlərin sayı 23,2 min nəfəri ötdü

İtaliyada son bir gün ərzində koronavirusdan daha 482 nəfər ölüb.

Bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Qeyd edilir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 23 227 nəfər təşkil edir.

Bu, epidemiya ərzində ikinci ən aşağı artımdır. Aprelin 12-də 431 nəfərin ölməsi barədə bildirilirdi.

Hazırda ölkədə virusa yoluxanların sayı 107 771 nəfərdir. Son bir gün ərzində onların sayı daha 809 nəfər artıb.

Bundan başqa, son bir gün ərzində 2 200 nəfər sağalıb. Bununla da ölkədə xəstəlikdən sağalanların sayı 44 927 nəfər təşkil edib/Report.